"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Hacıqəhrəmanlı bələdiyyəsində “Yerli Demokratiya Həftəsi” müzakirə edilib

--2017-10-25 / 17:25

şirvan şəhər Hacıqəhrəmanlı Bələdiyyəsi Azərbaycanda Yerli Demokratiya Həftəsi çərçivəsində “Yerli demokratiyanın inkişafı naminə vətəndaşların iştirakı, maarifləndirilməsi və öhdəlikləri” şüarı altında Bələdiyyələrin Milli Assosiasiyaları bələdiyyələrdə keçirilməsi nəzərdə tutulan həftənin əsas məqsədi, yerli özünüidarəetmə proseslərində əhalinin rolunun, iştirakının və həmrəyliyin artırılması ilə bağlı tövsiyyəsi bələdiyyə iclasındaı təkliflər müzakirə edilib və konkret iş planı təsdiq edilib. Bu barədə məlumatı adıçəkilən bələdiyyə yayıb.

Tədbirlərin keçiriləcəyi yerlər müəyyənləşdirilib. Bələdiyyə üzvlərinin iştirakından ibarət qrafik tutulub. Biz əsasən görüşləri qəsəbə əhalisinin ən sıx toplaşdığı N.Nərimanov, S.Vurğun, M.Rəsulzadə küçələrində və qəsəbənin 12 saylı tam orta məktəbində, qəsəbə klubunda keçirilməsi planlaşdırmışıq.

 Vətəndaşlarla əlaqənin təmin edilməsi üçün qaynar xətt telefonu dəqiqləşdirilib.Poçt qutusu asılıb.şüarlar hazırlanıb.

Keçirilən görüşlərdə Hacıqəhrəmanlı bələdiyyəsinin 2017-ci ildə görülmüş işlər,o cümlədən“Bir bələdiyyə-azı bir layihə” təşəbbüsü çərçivəsində həyata keçirilmiş layihələr barədə hesabatların verilməsi, 2018-ci ilin bələdiyyə büdcəsinin və icrası nəzərdə tutulmuş layihələr qəsəbə sakinlərinin müzakirəsinə təqdim olunacaqdır.

Qəsəbə sakinlərinin təklifləri qeyd olunaraq 2018- ci ilin iş planına salınması nəzərdə tutulub.

Belediyye.info

ŞƏRHLƏR